İyun 6, 2026-21:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda taxıl biçininə başlanılıb

2026:06:06 - 15:59
in İQTİSADİYYAT
A A

Naxçıvan Muxtar Respublikasında taxıl biçininə start verilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilkin biçin işləri Ordubad rayonunun Dəstə kəndində aparılır. Kənd təsərrüfatı istehsalçıları biçinə müasir kombaynlar cəlb etməklə məhsulun itkisiz və qısa müddətdə yığılmasını təmin etməyə çalışırlar.

Hazırda biçin aparılan sahədə məhsuldarlıq hər hektardan orta hesabla 30 sentner təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, mövsüm ərzində muxtar respublika üzrə taxıl sahələrində orta məhsuldarlığın 32-35 sentner/hektar səviyyəsində olması gözlənilir.

Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasında taxıl üzrə orta məhsuldarlıq 25,1 sentner/hektar olub. Bu il əlverişli hava şəraiti və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində məhsuldarlığın daha yüksək olacağı proqnozlaşdırılır.

Taxıl biçininin növbəti günlərdə digər rayonlarda da geniş vüsət alacağı gözlənilir. Məqsəd yetişdirilən məhsulun vaxtında yığılaraq ərzaq təhlükəsizliyinə töhfə verməsidir.

Əvvəlki Yazı

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Növbəti Yazı

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.