İyun 4, 2026-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvanda yaradılacaq laboratoriya və emalatxanalar üçün yeni avadanlıqlar gətirilir

2026:06:03 - 16:30
in SOSİAL
A A

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında bu il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində təhsil müəssisələrində yaradılacaq yeni laboratoriya və emalatxanalar üçün avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ️sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanası, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində isə müasir kimya laboratoriyaları yaradılacaq. Yaxın günlərdə təhsil müəssisələrində avadanlıqların quraşdırma işlərinə start veriləcək. Fənn laborotoriyalarının tədris ilinin sonuna qədər hazır olması planlaşdırılır. Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.

Beləliklə, əməkdaşlıq sazişinə uyğun olaraq laboratoriya və emalatxanalar yeni tədris ilinə tam hazır vəziyyətdə müəssisələrin istifadəsinə veriləcək.

Saziş çərçivəsində, həmçinin bp tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi də həyata keçirilir.

Əvvəlki Yazı

Əlilliyi olan uşaqlara qulluq edənlər üçün yeni qaydalar təsdiqləndi

Növbəti Yazı

Ramin Məmmədov  “Cümə” və “İmam Əli” məscidlərini ziyarət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.