İyun 28, 2026-13:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub

2026:03:10 - 13:33
in İQTİSADİYYAT
A A

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xızı və Abşeron rayonlarında fəaliyyət göstərən quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xızı rayonunda yerləşən süfrə yumurtaları və ətlik quş əti istehsalı istiqamətində ixtisaslaşan “Giləzi-quşçuluq şirkəti” MMC və “Yaşma Quşçuluq” MMC-yə baş çəkən nazirə müəssisələrdə görülən işlər barədə məlumat verilib, quşçuluğun inkişafı, sənaye üsulu ilə quş əti istehsalında mövcud vəziyyət, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.

Daha sonra nazir Məcnun Məmmədov Abşeron rayonu Zirə qəsəbəsində damazlıq yumurta istehsalı ilə məşğul olan “Xəmsə M” MMC quşçuluq müəssisəsinin və inkubator sexinin fəaliyyəti ilə tanış olub. Nazirə müəssisənin mövcud vəziyyəti, quşçuluq təsərrüfatlarında dayanıqlı istehsalın təmin edilməsi, məhsuldarlığın artırılması, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar barədə məlumat verilib.

Görüşlərdə quşçuluqda istehsalın və ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, istehsalda yeni texnika və müasir texnologiyaların tətbiq edilməsi, quşçuluqda düzgün yem norması və yemləmə standartlarının müəyyən edilməsinin məhsuldarlığa və xəstəliklərə davamlılığa göstərdiyi təsir, kəsim və emal proseslərində beynəlxalq tələblərə uyğunluğun vacibliyi, bu sahədə kadr potensialının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Rusiya və Çin ABŞ-İran münaqişəsinin əsas faydalananlarıdır

Növbəti Yazı

Bərdəli rəssam Qarabağın miniatür dəmir yolu maketini hazırlayır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.