Aprel 29, 2025-3:07
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Nazir: Məktəbli avtobusu ilə bağlı layihə hazırlanır

“Ən yaxın gələcəkdə məktəbli avtobusu ilə bağlı həll yolları ictimaiyyətə açıqlanacaq”.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq həmin məktəblər də məlumdur: “Proses şəhərdə tıxacın qarşısını almaq üçün zəruri olan məktəblərdə başlanacaq.

Mahiyyət ondan ibarətdir ki, avtobuslar hər bir valideyn üçün əlçatan olsun, ailə təhlükəsiz şəraitdə övladını məktəbə göndərə bilsin”.