“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.
Onun sözlərinə görə, hazırda Elm və Təhsil Nazirliyində süni intellekt sahəsində analitikanın tətbiqi nəzərdə tutulur: “Məktəblərin 63%, şagirdlərin 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı var. Hər 6 şagirdə 1 kompüter düşür, hədəfimiz hər şagirdə bir kompüterdir”.
F.Qurbanov, həmçinin əlavə edib ki, medianın bugünkü səviyyəsi dövlətin xüsusi qayğısının nəticəsidir: “Hazırda media mühiti sürətlə transformasiyaya məruz qalır. Bu amillərin ölkənin imicinə təsirləri çərçivəsində media nümayəndələrinin daha diqqətli olması üçün çağırışlar var. Hesabatlara görə, dünya əhalisinin 75 %-i informasiyanı internet mənbələrindən əldə edir”.
