İyul 8, 2026-4:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Nazir: Ölkəmizin hər bir bölgəsi DOST xidmətləri ilə əhatə olunacaq

2025:08:20 - 17:06
in SOSİAL
A A

DOST infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir və ölkəmizin hər bir bölgəsinin DOST xidmətləri ilə əhatə olunması təmin ediləcək.

Bunu DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan DOST Agentliyinin artıq 7 DOST mərkəzinin, 1 DOST filialının və 1 “Smart DOST” məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, innovativ əsasda təqdim edildiyi vurğulanıb.

Bildirilib ki, ötən dövrdə DOST xidmətlərinə 3,8 milyona yaxın vətəndaş müraciəti olub və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,6 faiz təşkil edib.

DOST konsepsiyasının 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunduğu, onlardan 12-nin “Avropa üçün yaxşı təcrübə mükafatı” olduğu diqqətə çatdırılıb. Dünyada Azərbaycanın yeni brendi kimi tanınan DOST təcrübəsini tətbiq etməyə maraq göstərən ölkələrin sayının artmaqda olduğu qeyd edilib.

İclasda bölgələrdə DOST mərkəzləri və filiallarının açılması istiqamətində görülən işlərdən bəhs olunub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun fəaliyyətinə dair hesabatla çıxış edib. Həmçinin DOST mərkəzlərinin fəaliyyəti, strateji məqsədləri və prioritetləri müzakirə olunub.

 

Əvvəlki Yazı

Universitetlərə ixtisas seçimi başa çatıb, 86 mindən çox abituriyent ərizəsini təsdiq edib

Növbəti Yazı

DİM-in İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin finalçıları ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.