Rusiya ABŞ, İsrail və İran arasındakı münaqişənin siyasi və diplomatik yolla həllinə kömək etməyə hazırdır. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında çıxış edərkən bildirib.
Nebenzya bildirib ki, “Biz tərəfləri təhdid və riskləri artırmaq dilindən imtina etməyə və davamlı və uzunmüddətli həll yoluna nail olmaq üçün dərhal siyasi və diplomatik həll yoluna qayıtmağa çağırırıq. Rusiya Federasiyası bu işdə lazımi köməyi göstərməyə hazırdır”.
