İsrailin Baş naziri Binyamin Netanyahu dünya liderlərini İrana qarşı İsrail-Amerika əməliyyatına qoşulmağa çağırıb. O, bu açıqlamanı İsrailin cənubundakı Arad şəhərində İran raketinin düşdüyü yerə səfəri zamanı verib. Onun sözləri Baş nazirin ofisi tərəfindən açıqlanıb.
İranın İsraildəki mülki hədəflərə zərbələr endirməsi, Hind okeanındakı Dieqo Qarsiya adasındakı Britaniya-Amerika bazasına 4000 km məsafədə qitələrarası raket atması və Hörmüz boğazının qismən blokadası ilə bağlı iddiaları misal gətirib.
Netanyahu iddia edib ki, “Bütün dünyanı təhdid edən bu rejimin dayandırılmasının vacibliyinə dair daha hansı sübuta ehtiyacınız var? İsrail və ABŞ dünyanın qalan hissəsi ilə birlikdə işləyir. Və digər ölkələrin liderlərinin də qoşulmasının vaxtıdır. Bəzilərinin bu istiqamətdə hərəkət etməyə başladığını bildirməkdən məmnunam, amma daha çox şeyə ehtiyac var”. Onun sözlərinə görə, İrana qarşı geniş beynəlxalq koalisiya guya “bütün dünyanın təhlükəsizliyi üçün” lazımdır.
