İsrailin Baş naziri Binyamin Netanyahu iddia edir ki, İsrail-Amerikan hücumları İslam Respublikasının polad istehsal gücünün 70%-ni məhv edib.
“Amerikalı dostlarımızla birlikdə İrandakı terrorçu rejimi əzməyə davam edirik. Komandirləri məhv edirik, körpüləri və infrastrukturu bombalayırıq. Son günlərdə Hərbi Hava Qüvvələri İranın polad istehsal gücünün 70%-ni məhv edib. Bu, böyük bir nailiyyətdir və İİKK-nı (İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu – TASS) həm maliyyə mənbələrindən, həm də çoxlu miqdarda silah istehsal etmək qabiliyyətindən məhrum edir”, – deyə o, İsrail Müdafiə Nazirliyində keçirilən görüşdə bildirib. Netanyahunun sözləri Baş nazirin ofisi tərəfindən yayılıb.
