İsrailin baş naziri Benyamin Netanyahu Nyu-Yorkdan Vaşinqtona yola düşüb və orada ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq. Bu barədə baş nazirlik məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu və onu müşayiət edən şəxslər Vaşinqtona yola düşüb. Baş nazir Ağ Evdə prezident Trampla görüşəcək”, – məlumatda deyilir.
Ofis aydınlaşdırıb ki, İsrail baş naziri və ABŞ prezidentinin görüşdən sonra mətbuata açıqlamaları gözlənilir. (Tass)
