APA xəbər verir ki, bu barədə WUF13 çərçivəsində təşkil olunan “Plastik çirklənməsi ilə mübarizə: yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” tədbirində Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.
Onun sözlərinə görə, çirklənmə sərhəd tanımadığı üçün bu problemin həlli regional əməkdaşlığın gücləndirilməsini tələb edir.
Nigar Arpadarai vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində praktik iqlim tədbirləri, inklüziv tərəfdaşlıqlar və dayanıqlı şəhər inkişafı əsas prioritetlərdən biri kimi irəli sürülüb.
“Vətəndaş cəmiyyəti təşkilatları ictimaiyyətin səfərbər edilməsində və hesabatlılığın təmin olunmasında mühüm rol oynayır. Özəl sektorun isə xüsusilə qablaşdırma, istehsal və təchizat zənciri sahələrində öhdəliklərdən real və ölçüləbilən fəaliyyətə keçməsi vacib hesab olunur”, – Nigar Arpadarai qeyd edib.
Parlament səviyyəsində də ekoloji məsələlərin mütəmadi müzakirə olunduğu vurğulanaraq, ətraf mühit, energetika və təbii ehtiyatlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımların atıldığı qeyd edilib.
Nigar Arpadarai bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri müasir dayanıqlılıq prinsiplərinin tətbiqi üçün yeni imkanlar yaradır.
