İyun 28, 2026-20:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Nigar Məmmədova: Naxçıvana dron zərbəsi regional təhlükəsizliyə yönələn hərbi təhdiddir

2026:03:06 - 11:24
in SİYASƏT
A A

İranın Naxçıvanda mülki obyektləri hədəfə alan dron hücumları bir daha Tehranın riyakar simasını ifşa etdi. İran bu təxribatla regionda yeni geosiyasi gərginliyə səbəb oldu. Bu hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında da dövlətimizin başçısı İranın bu davranışını terror aktı adlandırdı və İran tərəfinə sərt xəbərdarlıq edildi. Bu məsələdə məsuliyyət İran dövlətinin üzərinə düşür. Rəsmi Bakının təhlükəsizlik strategiyası və regional siyasətinin prioritetləri aydındır. Prezident haqlı olaraq sərt şəkildə bəyan etdi ki, bu cinayəti törədənlər mütləq cavab verməlidirlər. İran tərəfi izahat verməli, rəsmi üzr istəməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, dövlətimizin başçısı Azərbaycan Ordusuna cavab tədbirlərinə hazır olmaq göstərişi verildiyini də açıqladı. Bu isə Azərbaycanın suverenliyinə yönələn istənilən hərbi təhdidə adekvat cavab veriləcəyini göstərən strateji mesajdır. Heç şübhəsiz, Bakı gərginliyin genişmiqyaslı müharibəyə çevrilməsini istəmir. Dövlətimizin başçısı da bildirib ki, Azərbaycan heç vaxt İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyib və etməyəcək. “Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq”, – deyən Azərbaycan Prezidentinin bu mesajı rəsmi Bakının heç bir halda regionda eskalasiyanın genişlənməsində maraqlı olmadığını təsdiqləyir.

Deputat qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də məsələni, ilk növbədə, diplomatik və hüquqi mexanizmlərlə həll etmək niyyətindədir. Lakin, eyni zamanda, ölkəmizin təhlükəsizlik və suverenlik məsələlərində qətiyyətli mövqeyi bir daha Ali Baş Komandan tərəfindən bəyan olundu. Belə ki, Azərbaycan Silahlı Qüvvələri – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.

“İranın ölkəmizə qarşı törətdiyi növbəti terror aktının Azərbaycanın humanist davranışları fonunda baş verməsi xüsusilə hiddət doğurur. Məsələ burasındadır ki, Azərbaycan Prezidentindən başqa heç kim İran səfirliyinə gedib ali dini liderin ölümü ilə bağlı başsağlığı verməyib. Eyni zamanda, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə məhz Azərbaycanın kömək etdiyi də məlum oldu. Bununla yanaşı, artıq neçə gündür İrandan çıxan vətəndaşların təxliyəsi yeganə təhlükəsiz keçid kimi Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə həyata keçirilir. Bütün bunların müqabilində Azərbaycan Prezidentinin də təbirincə desək, “çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”. Rəsmi Bakı qətiyyətlə bəyan edib ki, bu hücum aktları cavabsız qalmayacaq”, – deyə Nigar Məmmədova vurğulayıb.

Əvvəlki Yazı

İran ABŞ və İsraillə “son əsgərinə qədər” döyüşmək niyyətindədir

Növbəti Yazı

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.