Avqust 17, 2026-9:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Nobel Sülh Mükafatçısı: Elm bu gün ən güclü diplomatiya alətlərindən biridir

2025:11:18 - 17:11
in SOSİAL
A A

Elmi-texnoloji məsələlərdə ən önəmli məqamlardan biri etika və təhlükəsizlik mədəniyyətidir. Gələcəyin texnologiyaları yalnız texniki biliklə deyil, həm də məsuliyyətlə idarə olunmalıdır. Süni intellekt, nüvə texnologiyaları və enerji sistemləri kimi sahələrdə etik davranış, məlumatların qorunması və beynəlxalq standartlara əməl olunması qlobal etimadın əsasını təşkil edir. Bu, həm elmi diplomatiyanın, həm də texnoloji tərəqqinin ayrılmaz hissəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) çalışmış həmvətənimiz, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov söyləyib.

Azərbaycan elmini dünya arenasında təqdim etmək barədə danışan Bəxtiyar Siracov bu prosesin bir neçə strateji istiqamətinin olduğunu diqqətə çatdırıb.

“Azərbaycanın qlobal miqyasda elmi nüfuzunun artırılması üçün strategiyalar haqqında danışarkən qeyd etməliyəm ki, elmimizi beynəlxalq səviyyəyə çıxarmaq üçün digər mühüm strategiyalarla yanaşı, aşağıdakı istiqamətlər də prioritetlər sırasında yer almalıdır:

– İnsan kapitalına yatırım – Gənc alimlər üçün beynəlxalq təcrübə proqramları, birgə doktorantura layihələri və dünya səviyyəli tədqiqat mərkəzlərinə çıxış imkanları yaradılmalıdır. Bu, həm bilik mübadiləsini, həm də elmi diplomatiyanı gücləndirər.

– Elm-sənaye inteqrasiyası – Universitetlər, texnoparklar və özəl sektor arasında sıx əməkdaşlıq qurmaqla tədqiqatların nəticələri real məhsullara və texnoloji innovasiyalara çevrilə bilər. Elmi fəaliyyətin iqtisadi dəyəri artdıqca, elm də cəmiyyətin vacib sütunlarından birinə çevriləcək.

– Qlobal əməkdaşlıq və elmi diplomatiya – Azərbaycan alimləri beynəlxalq platformalarda daha fəal iştirak etməlidirlər. Elm bu gün ən güclü diplomatiya alətlərindən biridir. Biz həm regionda, həm də beynəlxalq miqyasda “elm vasitəsilə sülh” modelinin fəal tərəfdarı olmalıyıq”, – deyə o qeyd edib.

 

 

 

Əvvəlki Yazı

Zəngilanda aqroparka və Ağalıda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçirilib

Növbəti Yazı

Dövlət Komitəsi uşaqların düzgün peşə seçimi üçün Elm və Təhsil Nazirliyi ilə birgə layihəyə başlaya bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.