Oktyabrın 1-də və 2-də Kopenhagendə keçiriləcək Aİ və Avropa Siyasi Birliyinin qeyri-rəsmi sammitləri zamanı Norveç hakimiyyəti Danimarka Silahlı Qüvvələrinə potensial “PUA təhlükələri”nə qarşı mübarizədə köməklik göstərəcək. Bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Norveç hökuməti bu həftə Danimarkada keçiriləcək yüksək səviyyəli görüşlər zamanı potensial dron təhlükələri ilə mübarizədə Danimarka hakimiyyətinə yardım göstərmək qərarına gəlib”, – deyə məlumatda bildirilir.
Oslo bu qərarı Kopenhagenin müraciətindən sonra verib. “Bu o deməkdir ki, Norveçin şəxsi heyəti və texnikası təhlükəsizliyin təmin edilməsində Danimarka silahlı qüvvələrinə dəstək verəcək”, – Norveç hakimiyyəti qeyd edib.
Eyni zamanda, Norveç hökuməti “təhlükəsizlik baxımından” verilən yardımın təfərrüatlarını açıqlamayacağını bəyan edib.
