Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb, sakinlərə açarlar təqdim olunub.
“Report”un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə şəhərə 64 (253 nəfər), rayona isə ümumilikdə 201 ailənin (762 nəfər) daimi qayıdışı təmin edilib.
