Xocavənd rayonunun eyniadlı kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.
“Report”un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Kəndə köçürülən ailələr ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıb.
Qeyd edək ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailənin (135 nəfər) qayıdışı təmin edilib.
