İyun 7, 2026-0:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Novruz Danimarkanın Taastrup şəhərində bayram ovqatı yaradıb

2026:03:23 - 11:05
in SOSİAL
A A

Danimarkada fəaliyyət göstərən Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Taastrup şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Türk dünyasının ən qədim bayramlarından biri sayılan Novruz səmimi ab-hava şəraitində baş tutan tədbirdə əsl bayram ovqatında qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 2007-ci ildən fəaliyyət göstərən Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mihriban Əliyeva çıxış edərək birlik, həmrəylik və dayanışmanın vacibliyini vurğulayıb.

Tədbirdə Danimarkanı və Türkiyəni təmsil edən qonaqlar da iştirak ediblər. Skandinaviya Türk Federasiyasının sədri Ozan Karakuş və türk diasporunun digər nümayəndələri qonaqlar arasında yer alıblar.

Müxtəlif yaş qruplarını əhatə edən tədbirdə baharın gəlişi və təbiətin oyanışı birlikdə qeyd olunub. Proqram boyu iştirakçılar arasında səmimi ünsiyyət, dostluq və ortaq mədəni dəyərlərin paylaşılması ön plana çıxıb.

Gecədə Polşadan gələn aktyor və musiqiçi Tərlan Şahbazi, həmçinin İsveçdən dəvət olunan DJ Djavid səhnədə yer alıblar. Ənənəvi musiqilərin müşayiəti ilə bayram ab-havası yaşanıb, Novruza xas olan yumurta döyüşdürmə yarışı isə böyük maraqla qarşılanıb. İştirakçılar həm əylənib, həm də mədəni bağlarını daha da möhkəmləndiriblər.

Əvvəlki Yazı

Azərbaycan şüşə istehsalını 5 %-dən çox artırıb

Növbəti Yazı

“Ramiz Hacıyev” kran gəmisi əsaslı təmir edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.