Avqust 20, 2026-10:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

2026:08:19 - 17:07
in MƏDƏNİYYƏT
A A

Macarıstanın “Turan” Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə Buqaç şəhərində keçirilən IX Böyük Hun-Türk Qurultayında Azərbaycanı “Qorqud” folklor ansamblı ilə təmsil etdik. Böyük qürur hissidir ki, Azərbaycan bayrağını və zəngin mədəniyyətimizi Avropanın mərkəzində, məhz Türk Qurultayında öz musiqimiz və milli dəyərlərimizlə tanıdırıq. Bu ənənə artıq illərdir davam edir və builki qurultay da yüksək səviyyədə təşkil olunmuşdu.

Bunu AZƏRTAC-a açıqlamasında “Qorqud” folklor ansamblının bədii rəhbəri, muğam ifaçısı, Əməkdar artist Nuriyyə Hüseynova deyib.

O bildirib ki, ansamblın çıxışı Azərbaycan musiqisinin zənginliyinin və milli musiqi alətlərimizin özünəməxsusluğunun nümayişi baxımından əlamətdar olub: “Mən və ansamblın solisti Çilənay Hüseynova Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını səsləndirdik. Əməkdar artistlər Təranə Əliyeva (qanun), Fəzilə Rəhimova (çəng), eləcə də Rüstəm Müslümov (tar), Ceyhun Muradov (kamança) və Əkbər Məmmədov (nağara) bizi müşayiət etdilər. Məqsədimiz vətənimizi, ölkəmizi və dövlətimizi layiqincə təmsil etmək, Azərbaycan mədəniyyətini, milli musiqimizi və zəngin musiqi irsimizi beynəlxalq auditoriyaya daha parlaq şəkildə təqdimdir”.

Əməkdar artist qeyd edib ki, Azərbaycan milli musiqi alətləri və onların qədim tarixi xarici musiqiçilər və sənətsevərlər tərəfindən hər zaman böyük maraqla qarşılanır: “Musiqi repertuarımız, səhnə görünüşümüz, milli geyimlərimiz və alətlərin özünəməxsusluğu dünya musiqiçilərində həmişə böyük heyranlıq yaradıb. Onlar bu alətlərin tarixini öyrəndikcə və biz də onların qədimliyini izah etdikcə görürlər ki, bu alətlərin tarixi Nizami dövründən belə əvvələ gedib çıxır. Bu da göstərir ki, həmin dövrlərdə artıq Azərbaycan mədəniyyəti və musiqisi yüksək səviyyədə formalaşmışdı. Əbdülqadir Marağayi və Səfiyyəddin Urməvi kimi böyük Azərbaycan alimlərinin əsərlərinin, musiqi irsinin və nəzəri baxışlarının dünya auditoriyasına təqdim olunması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar xalqımızın qədim və zəngin mədəniyyətə malik olduğunu bir daha nümayiş etdirir”

Əvvəlki Yazı

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

Növbəti Yazı

Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.