Ukrayna ABŞ prezidenti Donald Trampın Rusiya ilə münaqişənin həlli üçün təklif etdiyi plandan imtina edib və hazırda daha əlverişli bir razılaşma axtarır. Bu barədə ” New York Post ” (NYP) qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Onların fikrincə, Kiyev NATO sammiti çərçivəsində Tramp və Vladimir Zelenski arasında görüşdən əvvəl Avropa müttəfiqləri ilə birlikdə yenidən Amerika liderinin fikrinə təsir göstərməyə çalışır.
Avropa rəsmiləri onu Kiyevə “öhdəlik yox, strateji aktiv” kimi baxmağa çağırdılar. Bu kampaniya çox vaxt rəsmi danışıqlar çərçivəsindən kənarda baş verirdi. Məsələn, NYP-nin məlumatına görə, Avropa liderləri Amerika prezidentini fikrindən daşındırmaq üçün Ankarada keçirilən NATO sammiti münasibətilə şam yeməyi zamanı ona ad günü hədiyyələri təqdim ediblər.
Tramp 8 iyulda NATO sammiti çərçivəsində Zelenski ilə görüşməyi planlaşdırır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya bu görüşün nəticələrini izləyəcək. (Tass)
