Macarıstanın Baş naziri Viktor Orban 22-24 aprel tarixlərində Kiprdə keçiriləcək qeyri-rəsmi Aİ sammitində iştirak etməyəcək və həmkarlarından heç birinin ölkəsinin maraqlarını orada təmsil etməsini istəməyəcək. Bu barədə Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka bildirib.
Boka Facebook-da yazıb: “Baş nazir Viktor Orban hakimiyyətin keçidi ilə bağlı məsuliyyətlərinə görə 23-24 apreldə keçiriləcək Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşündə iştirak etməyəcək. Qeyri-rəsmi görüş üçün heç bir qərar və ya sənəd planlaşdırılmadığı üçün Baş nazir onun iştirak etmədiyi müddətdə Macarıstanı təmsil etmək üçün digər iştirakçılardan xahiş etməyib”.
O qeyd edib ki, iclasın gündəliyinə “Yaxın Şərq böhranı və onun Avropaya təsiri, eləcə də növbəti yeddi il üçün Aİ büdcəsinin ümumi məsələləri” daxildir. “Macarıstan hökumətinin bu məsələlərlə bağlı mövqeyi məlumdur və dəyişməyib. Bu barədə Avropa Şurasının Prezidentinin Ofisinə məlumat verilib”, – nazir bildirib. O əlavə edib ki, Macarıstan da öz növbəsində Kiprdə keçiriləcək müzakirələrin nəticələri barədə məlumatlandırılacaq. (Tass)
