İyul 22, 2026-7:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Orta güc” anlayışı Azərbaycanın son illərdə qazandığı çoxşaxəli diplomatik fəaliyyətin məcmusunu əks etdirir

2026:07:17 - 10:10
in SİYASƏT
A A

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi “Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir” fikri ölkənin son otuz ildən artıq dövrdə keçdiyi inkişaf yolunun və beynəlxalq mövqeyinin qiymətləndirilməsi kimi çıxış edir. Bu yanaşma Azərbaycanın müstəqillik illərində əldə etdiyi siyasi, iqtisadi, hərbi və diplomatik nailiyyətlərin məntiqi nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə səsləndirib.

O bildirib ki, beynəlxalq münasibətlər nəzəriyyəsində “orta güc” anlayışı təkcə iqtisadi və ya hərbi potensialla ölçülmür. Bu status, eyni zamanda, dövlətin regional və qlobal proseslərə təsir etmək imkanları, müstəqil xarici siyasət yürütməsi, beynəlxalq təşəbbüslərlə çıxış etməsi və müxtəlif tərəflərlə balanslaşdırılmış əməkdaşlıq qura bilməsi ilə müəyyən edilir. Prezidentin çıxışında da məhz bu xüsusiyyətlər Azərbaycanın son illərdə qazandığı mövqenin əsas göstəriciləri kimi önə çəkilir.

“Azərbaycanın orta güc statusuna yüksəlməsində həlledici mərhələ 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə oldu. Bu Qələbə nəticəsində ölkə uzun illər davam edən münaqişəyə hərbi-siyasi baxımdan son qoydu və ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin olundu. Bununla ölkə beynəlxalq hüququn fundamental prinsiplərindən biri olan ərazi bütövlüyünü tam bərpa edərək regionda yeni siyasi reallıq formalaşdırdı.

Müharibədənsonrakı dövr Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması ilə yadda qaldı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramlarının həyata keçirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi və beynəlxalq platformalarda fəallığın artması ölkənin təsir imkanlarını genişləndirdi”,- deyə Ə.Məhərrəmzadə vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan həm regional əməkdaşlıq formatlarının təşviqində, həm də Avropa ilə Asiya arasında strateji bağlantıların inkişafında mühüm aktorlardan biri kimi çıxış edir.

Eyni zamanda, ölkənin çoxtərəfli diplomatiyada artan rolu da orta güc statusunu möhkəmləndirən amillərdəndir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edir, Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın fəaliyyətinə mühüm töhfələr verib, inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi istiqamətində təşəbbüslərlə çıxış edib. Bu siyasət Azərbaycanın yalnız regional deyil, daha geniş beynəlxalq gündəlikdə də söz sahibi olmaq imkanlarını artırıb.

“Prezident İlham Əliyevin çıxışında vurğulanan digər mühüm məqam dövlətlərin suveren bərabərliyi prinsipidir. Azərbaycan digər dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqların qorunması əsasında qurur. Məhz bu baxımdan ölkənin müxtəlif beynəlxalq məsələlər üzrə sərbəst mövqe bildirməsi, prinsipial yanaşma nümayiş etdirməsi və öz xarici siyasət kursunu müstəqil şəkildə müəyyən etməsi orta gücə xas davranış modeli kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin ifadə etdiyi “orta güc” anlayışı Azərbaycanın son illərdə qazandığı hərbi qələbələrin, ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsinin, iqtisadi inkişafın və çoxşaxəli diplomatik fəaliyyətin məcmusunu əks etdirir. Bu amillər ölkənin beynəlxalq münasibətlər sistemində nüfuzunu artıraraq onu regional sabitliyə və qlobal əməkdaşlığa töhfə verən, müstəqil qərarlar qəbul edən və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi mövqeləndirir”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

Atatürk və Ayna Sultanova parkları arasında yeni piyada işıqforları quraşdırılıb

Növbəti Yazı

Əziz Ələkbərli: Şuşa Media Forumu Azərbaycanın informasiya diplomatiyasının stratej platformasına çevrilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.