Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Məlumata görə, hesabat ilində icra edilmiş büdcədənkənar gəlirlər proqnozdan 200,4 milyon manat (22,8%) az olub.
“Mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi sahəsində göstərilən xidmətlərdən daxilolmalar istisna olmaqla, digər bütün istiqamətlərdə proqnozdan aşağı icra edilib. Ən aşağı icra vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən hissəsindən daxilolmalar üzrə qeydə alınıb,” – deyə Palatadan bildirilib.
