Avqust 16, 2026-4:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi özbək dili bayramında iştirak edib

2025:10:23 - 11:10
in MƏDƏNİYYƏT
A A

“TIQXMMI” Milli Tədqiqat Universitetində özbək dili bayramına həsr olunmuş tədbir keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir “Qoy dilimin dəyəri uca olsun” şüarı altında baş tutub.

Bayram tədbirinin məqsədi gənclərdə ana dilinə hörmət hissini möhkəmləndirmək, milli-mənəvi dəyərlərə sədaqəti artırmaq və dilin xalqın mənəvi sərvəti, mədəni kimliyinin əsas rəmzi olduğunu vurğulamaqdan ibarət olub.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, elm və mədəniyyət xadimləri, həmçinin Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbirdə “TIQXMMI” Milli Tədqiqat Universitetinin prorektoru Ruzimurat Çoriev qeyd edib ki, dil xalqın milli kimliyinin ayrılmaz hissəsi, onun mənəvi inkişafının mühüm vasitəsidir. O bildirib ki, bu cür tədbirlər mədəni irsin qorunmasına, gənc nəslin dilə və milli dəyərlərə sevgi ruhunda tərbiyə olunmasına böyük töhfə verir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında bildirib ki, dil xalqın tarixi yaddaşının, mənəvi dəyərlərinin və mədəni irsinin daşıyıcısı olmaqla yanaşı, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni inteqrasiyanın əsas körpüsüdür. O vurğulayıb ki, Azərbaycan və özbək dilləri eyni mənşəyə – türkcə köklərə əsaslanır və bu dillər kimi, xalqlarımız da ortaq tarix, mədəniyyət və mənəvi bağlarla bir-birinə sıx şəkildə bağlıdır.

Direktor diqqətə çatdırıb ki, dilin inteqrativ rolu yalnız ünsiyyət vasitəsi olmaqla məhdudlaşmır — o, həm də xalqlar arasında mənəvi birliyin, qarşılıqlı hörmətin və humanitar əməkdaşlığın mühüm dayağıdır.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı milli rəqslərimizi təqdim edib. Bununla yanaşı, universitet tələbələrinin ifasında özbək mədəniyyətini və ana dilinə sevgini əks etdirən çıxışlar olub.

Tələbələrin və Mədəniyyət Mərkəzinin birgə iştirakı Azərbaycan və Özbəkistan xalqları arasında dostluğun, qarşılıqlı hörmətin və mədəni birliyin bariz nümunəsi olub.

Əvvəlki Yazı

Beynəlxalq səyyahlar Gövhərağa məscidini ziyarət ediblər

Növbəti Yazı

Prezident İlham Əliyev Viktor Orbana təbrik ünvanlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.