Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabinin sözlərinə görə, ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlar davam edir və Pakistan İslamabad Memorandumunun şərtlərinə əməl olunmasını təmin etmək üçün əlindən gələni edir.
“Əlavə edim ki, tərəflər arasında danışıqlar, xüsusən də Hörmüz boğazında vəziyyətin normallaşdırılması və gərginliyin azaldılması məqsədi ilə davam edir”, – deyə o, brifinqdə bildirib. Diplomat vurğulayıb ki, Pakistan “bütün fikir ayrılıqlarını İslamabad anlaşma memorandumunun və 22 iyun tarixli Pakistan-Qətər birgə bəyanatının ruhuna uyğun olaraq həll etmək” üçün hər cür səy göstərir.
Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və İranı “təmkinli olmağa və texniki səviyyədə danışıqları bərpa etmək öhdəliklərinə əməl etməyə” çağırıb.
