Ukrayna münaqişəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün dekabrın 13-də Parisdə keçirilməsi planlaşdırılan ABŞ, Ukrayna, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri arasında görüş ləğv edilib. Bu barədə RMF24 radiostansiyası Yelisey Sarayındakı mənbəyə istinadən məlumat verib.
“Ukrayna ilə bağlı görüş şənbə günü Parisdə keçirilməyəcək”, – deyə mənbə 12 dekabr axşamı radiostansiyaya bildirib. (Tass)
