Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə hərbi müdaxilə gözləmir, ona qurumun siyasi mövqeyi lazımdır.
“Bir vacib nüansa diqqət çəkmək istəyirəm. Ermənistan heç vaxt KTMT-dən hərbi müdaxilə gözləmirdi. Qoy heç kimdə belə bir təəssürat yaranmasın ki, biz təşkilatı müharibəyə sürükləyirik. Biz ilk növbədə siyasi mövqe gözləyirdik. Bu, vacib idi. “KTMT-nin Ermənistanda və Cənubi Qafqazda məsuliyyət sahəsinin nə olduğunu başa düşməyimiz üçün. Əgər biz aydın cavab alsaydıq, o zaman əlavə suallar yaranmazdı, çünki müvafiq mexanizmlər işə düşəcəkdi”, – Paşinyan deyib. (Tass)
