Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan Moskva ilə sıx əməkdaşlıq edir və bütün sahələrdə münasibətləri inkişaf etdirir.
“Biz həm Rusiya, həm də Çin ilə çox sıx əməkdaşlıq edirik. Mən Rusiya prezidenti ilə iki-üç görüş keçirdim və biz bütün sahələrdə münasibətlərimizi inkişaf etdiririk”, – deyə Ermənistanın baş naziri İrəvanda keçirilən brifinqdə bildirib.
O bildirib ki, Yerevan regional infrastrukturun açılması məsələsində Moskva ilə əməkdaşlığı dərinləşdirmək istəyir.
