Ermənistanda yayımlanan Rusiya telekanalları müqavilənin müəyyən bəndlərini pozur, vəziyyətin həlli üçün Rusiya Federasiyası ilə məsləhətləşmələr aparılır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşların suallarını cavablandırarkən deyib.
“Müqaviləyə əsasən, aydın müddəa var ki, ölkənin daxili işlərinə qarışmaq, ölkədə daxili siyasi sabitliyi pozmaq üçün heç bir addım atılmamalıdır.Son aylar dövlət qurumlarımızda müəyyən problemlər qeydə alınıb. Ermənistan və Rusiya arasında dostluq münasibətlərini nəzərə alaraq, Yüksək Texnologiyalar Nazirliyi bu vəziyyəti müzakirə etmək və nəticələrin nə olacağını başa düşmək üçün Rusiya tərəfini rəsmi məktubla məsləhətləşmələrə dəvət etdi.Ümid edirəm ki, bu məsləhətləşmələr mümkün qədər tez baş tutsun ki, biz normal dostluq şəraitində məsələləri həll edə bilək”. (Tass)
