Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) statusu yalnız Ermənistanın özü tərəfindən müzakirə edilə bilər.
“AİB statusuna gəldikdə, AİB qaydalarına əsasən, AİB statusunu yalnız Ermənistan özü müzakirə edə bilər, yəni çıxmaq qərarına gələ biləcək üzv ölkə. Başqa prosedur yoxdur. Amma biz istənilən məsələni müzakirə edə bilərik. İnanıram ki, tərəfdaşlarımızın sualları ola bilər və biz onları həvəslə cavablandıracağıq”, – deyə Ermənistanın baş naziri jurnalistlərlə söhbətində bildirib.
Mayın 9-da Rusiya prezidenti Vladimir Putin bəyan etdi ki, Yerevan Aİ və ya AİB-də iştirak məsələsinə mümkün qədər tez qərar verməlidir, onda “ağıllı boşanma” mümkün olacaq.
