Paşinyanın mətbuat xidmətinin açıqlamasına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında ona bir neçə mübahisəli məsələdə balanslı mövqeyinə görə təşəkkür edib.
Qeyd olunur ki, həmsöhbətlər həmçinin ikitərəfli və çoxtərəfli gündəlikdəki cari məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Paşinyanın mətbuat xidmətinin açıqlamasında deyilir: “Ermənistanın baş naziri Rusiya prezidentinə bir sıra mübahisəli məsələlərdə balanslı mövqeyinə, dostcasına tonuna və dəstəyinə görə təşəkkür edib”.
