İyun 8, 2026-20:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Paytaxt məktəbliləri qlobal platformalarda ölkəmizi layiqincə təmsil ediblər

2026:01:12 - 16:29
in SOSİAL
A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdləri Cavidan Bayramlı və Məryəm Abdullayeva beynəlxalq səviyyəli layihə və tədbirlərdə qazandıqları uğurlarla fərqlənirlər.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, məktəbin şagirdi Cavidan Bayramlı qida israfına qarşı innovativ yanaşmalar təqdim edən “SnackPack” startapı ilə yerli və beynəlxalq platformalarda uğurla təmsil olunub. Məktəblinin hazırladığı startap qida tullantılarının azaldılması və resurslardan səmərəli istifadəni hədəfləyən həlləri ilə diqqət çəkib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan VI qrant müsabiqəsinin qaliblərindən olan “SnackPack” layihəsi hazırda IDEA İctimai Birliyi ilə əməkdaşlığa başlayıb.

Məktəbin digər şagirdi Məryəm Abdullayeva isə ötən ilin noyabrında Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində təşkil olunan beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilib. O, “Children and Youth Pavilion” platformasında könüllü kimi fəaliyyət göstərərək sessiyaların təşkili və koordinasiyasında iştirak edib. Konfrans çərçivəsində təşkil olunan COY20 (Conference of Youth) tədbirində “Logistics Working Group” üzvü kimi beynəlxalq gənc nümayəndələrə təşkilati dəstək göstərən M.Abdullayeva “Azerbaijan Pavilion” platformasında spiker qismində çıxış edərək Azərbaycan gənclərinin iqlim dəyişikliyi və davamlı inkişaf sahəsində baxışlarını beynəlxalq auditoriyaya təqdim edib.

Qeyd edək ki, şagirdlərin əldə etdikləri nailiyyətlər Azərbaycan məktəblilərinin innovasiya, iqlim dəyişikliyi və davamlı inkişaf sahələrində artan fəallığını və potensialını nümayiş etdirib.

Beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edən məktəblilərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

Əvvəlki Yazı

Ana dili: cəmiyyətin sosial-psixoloji dayanıqlıq sütunu

Növbəti Yazı

Dil yalnız keçmişin mirası deyil, həm də gələcəyin quruculuq alətidir – Elnur Mustafayev

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.