ABŞ Ukraynaya kəşfiyyat məlumatları verməyə davam edir. Bunu Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn təsdiqləyib.
O, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində bildirib ki, “Biz [Qərbi] Ukrayna Yardım Qrupu vasitəsilə bəzi məlumat mübadiləsi məsələlərində kömək etməyə davam edirik”. (Tass)
