ABŞ Müdafiə Nazirliyi Almaniya Müdafiə Nazirliyi ilə, xüsusən də Ukrayna ilə bağlı əlaqəni dayandırıb. Bu barədə alman general-leytenant Kristian Freydinq The Atlantic nəşrinə müsahibəsində bildirib.
Freydinq bundan əvvəl Almaniya Müdafiə Nazirliyində Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri vəzifəsində çalışıb. General-leytenantın sözlərinə görə, o, vaxtilə Pentaqon nümayəndələri ilə “gecə-gündüz” yazışmaq imkanına malik olub, lakin son vaxtlar rabitə “kəsilib, həqiqətən də kəsilib”.
Bundesverin (Almaniya Silahlı Qüvvələrinin) komandanı vəzifəsini icra edən alman general da Tramp administrasiyasının bəzi silah tədarükünün dayandırılması ilə bağlı Kiyevi xəbərdar etmədiyini bildirib. O, iddia edib ki, adi Amerika yanaşması əvəzinə, məlumat əldə etmək üçün kiminsə “Pentaqonda kimisə tapmağa” çalışdığı Vaşinqtondakı Almaniya səfirliyi ilə əlaqə saxlamalı olub. (Tass)
