İyulun 18-də İraqda vurulan İran pilotsuz təyyarəsinin sursatını “idarə olunan şəkildə partlatma” əməliyyatı zamanı bir amerikalı hərbçi həlak olub. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
Dəqiqləşdirildiyi kimi, “18 iyulda vurulan İranın intiharçı dronundan partlamamış sursatın nəzarətli şəkildə partladılması zamanı Şimali İraqda bir ABŞ hərbçisi həlak olub”. Başqa bir ABŞ hərbçisi yaralanıb. (Tass)
