Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar 4 fevral ərzində davam edəcək.
Kremlin sözçüsü aydınlaşdırıb ki, Moskva BƏƏ-də məsləhətləşmələrin vəziyyəti barədə “daimi məlumat” almır.
“Onlar hər halda bu gün Əbu-Dabidə baş verəcək”, – deyə Peskov vurğulayıb.
Danışıqların 5 fevralda BƏƏ-nin paytaxtında Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli formatda keçirilməsi gözlənilir.
