Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşündə Rusiya-Azərbaycan münasibətlərində bütün aktual məsələlər qaldırılıb. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Vedomosti”yə müsahibə zamanı Bakıda saxlanılan ruslarla bağlı məsələnin qaldırılıb-qaldırılmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Söhbət zamanı gündəmdəki bütün aktual məsələlər müsbət mənada qaldırıldı”, – Kreml sözçüsü bildirib.
