Rusiya bioloji silahlardan ümumi imtina prosesində iştirak etməyə hazırdır, lakin ABŞ prezidenti Donald Trampın təşəbbüsünü rəsmiləşdirmək yaxşı olardı. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən deyib.
“Bu, şübhəsiz ki, çox vacib çağırışdır və onu alqışlamaq olar. Təbii ki, Rusiya tərəfi bioloji silahlardan ümumi imtinanın belə bir prosesində iştirak etməyə hazırdır”, – Peskov bildirib. O, Moskvanın Trampın təşəbbüsünü dəstəklədiyini vurğulayıb. “Amma təbii ki, yaxşı olardı ki, bunu birtəhər, yenə beynəlxalq səviyyədə rəsmiləşdirək”, – Kreml sözçüsü əlavə edib. (Tass)
