Rusiya və İran arasında birgə dəniz manevrləri planlaşdırılıb və Yaxın Şərqdə gərginləşmədən əvvəl razılaşdırılıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O, manevrlərin ABŞ-ın İran ətrafındakı gərginliklə əlaqəli olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib: “Bunlar planlaşdırılmış təlimlərdir və əvvəlcədən əlaqələndirilir”. (Tass)
