Moskva, xüsusən də Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində inteqrasiya layihələri üzrə Yerevanla əməkdaşlığı davam etdirməyi gözləyir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin xahişi ilə ABŞ vitse-prezidenti J.D. Vensin Cənubi Qafqaza səfəri və genişmiqyaslı birgə layihələr planları ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
“Bizi Ermənistanla inteqrasiya layihələri birləşdirir. Çətin ki, kimsə AİB-in bu ölkənin yüksək iqtisadi inkişaf templərinin qorunmasındakı rolunu mübahisələndirsin; onun rolu göz qabağındadır. Və ümid edirik ki, əməkdaşlığımız davam edəcək”, – deyə o bildirib.
