İran və Qətər əmirlikdə saxlanılan İran aktivlərinin ümumi məbləği 12 milyard dollar olan 6 milyard dollarının dondurulmasının ləğvi barədə razılığa gəliblər. Bu barədə İslam Respublikasının prezidenti Məsud Pezeşkyan bildirib.
İran prezidentinin mətbuat xidməti onun sözlərini sitat gətirib: “Əldə edilən razılaşmalara uyğun olaraq, Qətərdə saxlanılan İranın ümumi 12 milyard dollarlıq vəsaitinin 6 milyard dolları açılacaq və ölkəyə qaytarılacaq. Qalan vəsaitlərin qaytarılması üçün də lazımi işlər davam edir”. (Tass)
