İran prezidenti Məsud Pezeşkian müsahibə zamanı Amerikanın “Fox News” telekanalının aparıcısı Marta Makkallumu İslam Respublikasına səfərə dəvət edib ki, bu ölkədə qadınların hüquqlarına necə hörmət edildiyini öz gözləri ilə görsün.
Pezeşkian teleaparıcının İranda qadın hüquqları ilə bağlı sualını cavablandırıb: “Məncə İrana səfər etmək sizin üçün əla olardı, çünki İran haqqında sizə göstərilənlər, [Qərb] kəşfiyyat agentliklərinin və başqalarının dedikləri İrandakı real gündəlik həyatdan tamamilə uzaq bir şeydir”.
O qeyd edib ki, İslam Respublikasında qadınlar bir çox azadlıqlardan istifadə edirlər. “Hazırda beş qadın İran hökuməti və administrasiyasında xidmət edir və hazırkı hökumət onların hüquqlarını qorumağa və bərabərlik uğrunda mübarizəyə davam edəcək”, – prezident əlavə edib.
