İran ABŞ ilə danışıqlara hazırdır, lakin “hüquqi normalar çərçivəsində”. Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkyan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
Pezeşkianın Telegram kanalında deyilir: “İran İslam Respublikası diplomatiyanı mübahisələrin həlli üçün ən üstün yol hesab edir və milli ləyaqətini və nüfuzunu qoruyub saxlayaraq, hüquqi normalar çərçivəsində danışıqlara hazır olduğunu bəyan edir”. (Tass)
