İran Prezidenti Məsud Pezeşkyan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında Tehranın Naxçıvanda baş verən iki PUA ilə bağlı hadisə ilə heç bir əlaqəsi olmadığını bildirib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Məsud Pezeşkian Naxçıvandakı hava hücumu hadisəsinin İranla heç bir əlaqəsinin olmadığını bildirib və hadisənin araşdırılacağını vurğulayıb”, – deyə bəyanatda bildirilir.
