Avqust 11, 2026-5:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Poeziya Xəzrisi” respublika bədii qiraət müsabiqəsi elan edilir

2025:10:01 - 12:53
in MƏDƏNİYYƏT
A A

Xalq şairi, dramaturq, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyi ötən il dövlət səviyyəsində geniş qeyd olundu. Müxtəlif səpkili yubiley tədbirləri bu il də davam edir.

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi, “Qanun” nəşriyyatı və “MİMTA” yayınlarının tərəfdaşlığı ilə Nəbi Xəzrinin 100 illiyi münasibətilə “Poeziya Xəzrisi” respublika bədii qiraət müsabiqəsi elan edilir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə istedadlı qiraətçilərin müəyyən edilməsi, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bədii qiraət sənətinə marağın artırılması, gənclərin ədəbi-estetik zövqünün zənginləşdirilməsi və Xalq şairi Nəbi Xəzrinin həyat və yaradıcılığının təbliği məqsədilə təşkil olunur.

Müsabiqədə 18-35 yaşarası şəxslər iştirak edə bilərlər. İşlərini  İşlərini təqdim etmək istəyənlər oktyabrın 20-dək müsabiqənin elektron qeydiyyat formasını doldurmaqla müraciət etməlidirlər.

Qeydiyyatdan keçən iştirakçılar Xalq şairi Nəbi Xəzrinin yaradıcılığından yalnız bir şeiri səsləndirərək onu audiovizual formatda “Poeziya Xəzrisi” teleqram kanalına göndərməlidirlər.

Təqdim olunan materialların ilkin seçim mərhələsi onlayn formatda həyata keçiriləcək. Bu mərhələdə uğur qazanan iştirakçılar müsabiqənin ikinci – əyani mərhələsinə dəvət olunacaqlar. İkinci mərhələdə iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdiriləcək.

Qaliblər diplom və hədiyyələrlə təltif olunacaqlar.

Əvvəlki Yazı

İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb

Növbəti Yazı

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.