ABŞ-ın Berlindəki müvəqqəti işlər vəkili Alan Meltzer Almaniya Nazirlər Kabinetinin katibi Şteffen Meyerə söz verib ki, Birləşmiş Ştatlar bağlanma zamanı Almaniya hökumətinin hərbi baza personalı üçün bütün maaşlarını ödəyəcək. Bu barədə Dövlət Departamentinin teleqramına istinadən “Politico” məlumat yayıb.
Onun sözlərinə görə, Meyer Meltzerlə görüş keçirib. Bu, Almaniyanın əsasən öz vətəndaşlarından ibarət təxminən 11.000 hərbi baza əməkdaşının maaşını ödədikdən sonra baş verdi. Səfirlik bağlanma başa çatdıqdan sonra bütün xərclərin ödəniləcəyini vəd edib. Meyer bu ödənişin “müstəsna tədbir” olduğunu vurğulayıb. Almaniya hökumətinin digər rəsmisi də görüşün baş tutduğunu qəzetə təsdiqləyib.
6 noyabr tarixli sənəddə həmçinin qeyd edilir ki, ABŞ hökumətinin maliyyələşdirməsinin qismən dayandırılması Almaniyanın mənzil bazarına zərbə vurur. Ramşteyn Hərbi Hava Bazasının yerləşdiyi Reynland-Pfalts əyalətinin yerli hakimiyyət orqanları təqribən 10 min ABŞ hərbi qulluqçusunun ödənilməmiş əmək haqqının regionun iqtisadiyyatına mənfi təsir edəcəyindən narahatdır. (Tass)
