Bir sıra Avropa rəsmiləri qitədə potensial hərbi münaqişədən ehtiyat edərək, naməlum hava obyektləri ilə bağlı insidentlərdən sonra Rusiya ilə üzləşmək istəmirlər. Bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Orada qeyd olunur ki, Brüssel və Moskva arasında münasibətlərin hazırkı pisləşməsi “Frans Ferdinand anı”na (Sarayevoda Avstriya-Macarıstan taxt-tacının varisinin öldürülməsi faktiki olaraq I Dünya Müharibəsinin başlanğıcını qoyub) gətirib çıxara bilər. Bundan əlavə, nəşr vurğulayır ki, Rusiyadan qaynaqlandığı iddia edilən təhdidlərə cavab vermək cəmiyyət daxilində olduqca çətindir, çünki üzv ölkələrin çox vaxt “rəqabət edən prioritetləri” var. (Tass)
