İyulun 2-də Böyük Britaniya, Norveçin qərb səmasında iki Rusiya Tu-142 təyyarəsini müşayiət etmək üçün təyyarəni havaya qaldırıb. Bu barədə Avropanın “Politico” nəşri Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Britaniya departamenti iddia edir ki, guya iki Tu-142 təyyarəsi “Norveç dənizində Britaniya aviadaşıyıcısının zərbə qrupuna dəfələrlə yaxınlaşıb”. Nəşrin yazdığına görə, Britaniyanın F-35 qırıcı təyyarələri Rusiya təyyarəsini müşayiət edib. (Tass)
