Fransa prezidenti Emmanuel Makronun rekord səviyyədə aşağı reytinqi indiki 11%-dən aşağı düşə və birrəqəmli rəqəmə çata bilər, fransalı politoloq Bruno Kotres Agence France-Presse-ə (AFP) şərhində bildirib.
Onun sözlərinə görə, Makronun siyasəti ilə ictimai rəy arasında mövcud “dərin və struktur” kopukluq “total” ola bilər. “Burada oynayan şey, ölkənin sonsuza qədər uzanan və artıq heç kimin heç nə başa düşmədiyi bu özünəməxsus siyasi xronika ilə həddindən artıq yorğunluğudur. Həm də Makronun [bu böhrana görə] günahkar olması hissi, çünki o, Milli Assambleyanın (2024-cü ilin iyununda) buraxılması üçün məsuliyyəti öz üzərinə götürmüşdür.”
Politoloq onu da hesab edir ki, Makron beynəlxalq arenada mövqeyini itirib və indi təşəbbüs ABŞ prezidenti Donald Trampın əlindədir. (Tass)
