Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya neftini emal edən bütün neft emalı zavodlarına məhdudiyyətlərin növbəti anti-Rusiya sanksiyaları paketinə daxil edilməsini təklif edib.
Sikorski Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə bildirib ki, “Rusiya neftini emal edən neft emalı zavodlarına sanksiyaların tətbiq edilməsi məsələsini qaldıracağam”. Nazir bunun sözdə kölgə donanmasına qarşı tədbirlərə “effektiv bir tamamlayıcı” olacağını iddia edib. (Tass)
