Slovakiyanın ” Pravda” xəbər portalı xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fikoya sui-qəsd cəhdinə görə 21 il müddətinə azadlıqdan məhrum edilən Juraj Cintula hökmdən apellyasiya şikayəti verib.
Portalın qeyd etdiyi kimi, 72 yaşlı məhkum vəkili vasitəsilə hökmdən apellyasiya şikayəti verib. İşə Slovakiyanın Ali Məhkəməsi baxacaq.
Oktyabrın 21-də Banska Bystrica (Mərkəzi Slovakiya) İxtisaslaşdırılmış Cinayət Məhkəməsi Cintula-nı terrorizm ittihamı ilə təqsirli bilib. Onun vəkili məhkəmədə təkid edib ki, cinayət Slovakiya Cinayət Məcəlləsinin ictimai xadimə basqın maddəsi ilə yenidən təsnif edilsin və bu maddə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur. O, hökumət başçısına sui-qəsd edilən gün müvəkkilinin ağır psixoloji stress altında olduğunu iddia edib.
2024-cü il mayın 15-də Slovakiyanın qərbindəki Handlova şəhərində Fikoya sui-qəsd cəhdi baş verdi. Baş nazir bir neçə xəsarət aldı və yalnız 2024-cü ilin iyulunda vəzifəsinə qayıda bildi.
